Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı tədbirlər haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının

inkişafı ilə bağlı tədbirlər haqqında

 

Muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir, istehsalın genişləndirilməsi, əhali məşğulluğunun artırılması, ailə biznesinin qurulması  diqqətdə saxlanılır. Bu sahədə görülən  tədbirlərin nəticəsi olaraq muxtar respublikada “Ailə təsərrüfatı məhsulları” festivalları keçirilir, ailə təsərrüfatlarına zəruri    dövlət maliyyə dəstəyi göstərilir. Ailə təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi, onların ixtisaslaşması və dövlət dəstəyinin artırılması məqsədilə 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmuşdur.

Yuxarıda qeyd olunanları  nəzərə alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq  qərara alıram:

“Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                   VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 18 yanvar 2019-cu il