“2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında

turizmin inkişafına dair  Dövlət Proqramı”nın

təsdiq edilməsi haqqında

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı sahəsində görülən işlərin davamlılığının təmin edilməsi məqsədilə  qərara alıram:

1. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair  Dövlət Proqramı” təsdiq edilsin.

2. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icra barədə ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.

 

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                         VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 31 yanvar 2018-ci il