“Bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

Çap

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

“Bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin

Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar

Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

 

“Qəmbər Hüseynlinin 100 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 25 noyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

“Bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                          VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 02 dekabr 2015-ci il

№ 2-05/S