Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi haqqında

Çap

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Naxçıvan Musiqi Kollecinin 40 illik

yubileyinin keçirilməsi haqqında

 

2015-ci ilin aprel ayında Naxçıvan Musiqi Kollecinin yaranmasının 40 illiyi tamam olur.

Naxçıvan Musiqi Kolleci 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının 50 illik yubileyi tədbirində iştirak etmək üçün Naxçıvana gələn  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə yaradılmışdır. 1975-ci ildən Naxçıvan Orta İxtisas Musiqi Məktəbi, 1992-ci ildən Naxçıvan Musiqi Texnikumu, 2005-ci ildən isə Naxçıvan Musiqi Kolleci kimi fəaliyyət göstərən bu təhsil ocağı böyük inkişaf yolu keçmişdir. 1975-1976-cı tədris ilində 4 ixtisas üzrə fəaliyyətə başlayan kollecdə hazırda 11 ixtisas üzrə kadr hazırlığı aparılır.

Ötən 40 il ərzində Naxçıvan Musiqi Kollecinin 2500-dən çox məzunu olmuşdur. Məktəbin məzunları ölkəmizin mədəniyyət müəssisələrində, uşaq musiqi məktəblərində çalışaraq mədəniyyətin və incəsənətin inkişafında xidmətlər göstərirlər.

Ali musiqi məktəbləri üçün fundamental baza rolunu oynayan Naxçıvan Musiqi Kollecinin muxtar respublikada mədəniyyətin inkişafında və orta ixtisaslı musiqiçi kadrların hazırlanmasında rolu böyükdür. Bu təhsil ocağının yalnız musiqiçi kadrlar deyil, həm də hərtərəfli inkişaf etmiş gənc nəslin yetişdirilməsində də xidmətləri vardır.

Naxçıvan Musiqi Kollecinin muxtar respublikanın mədəni həyatında rolunu nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyi geniş qeyd edilsin.

2

2. “Naxçıvan Musiqi Kollecinin 40 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                           VASİF TALIBOV

 

 

Naxçıvan şəhəri, 29 mart 2015-ci il

№ 287-04/S