NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
“2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında
turizmin inkişafına dair Dövlət Proqramı”nın
təsdiq edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasında turizmin inkişafı sahəsində görülən işlərin davamlılığının təmin edilməsi məqsədilə qərara alıram:
1. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilsin.
2. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Dövlət Proqramında nəzərdə tutulmuş tədbirləri əlaqələndirsin və icra barədə ildə bir dəfə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat versin.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 31 yanvar 2018-ci il