NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və
nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında
qeyd edilməsi ilə bağlı Tədbirlər Planı”nın
təsdiq edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 20 fevral tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:
“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilsin.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 25 iyul 2015-ci il
№ 305-04/S
S/№ |
Tədbirin adı |
İcra müddəti |
İcraya məsul təşkilatlar |
1. |
“Naxçıvanda Dədə Qorqud” beynəlxalq elmi simpoziumunun keçirilməsi |
Oktyabr, 2015-ci il |
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti |
2. |
“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyi ilə əlaqədar dəyirmi masaların keçirilməsi |
2015-ci il |
Mədəniyyət və Turizm Nazirliyi, Yazıçılar Birliyi |
3. |
Professor Səfərəli Babayevin “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasının yenidən redaktə və nəşr olunması |
İl ərzində |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu |
4. |
“Kitabi-Dədə Qorqud” və Naxçıvan” televiziya filminin hazırlanması |
2015-ci il |
AMEA-nın Naxçıvan Bölməsi, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi |
5. |
“Kitabi-Dədə Qorqud” dastanı və onun Naxçıvanla bağlılığı” mövzusunda açıq dərslərin təşkili |
İl ərzində |
AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzi |
6. |
Dədə Qorqud boylarındakı süjetlər və qəhrəmanlar təsvirlərdə |
İl ərzində |
İqtisadiyyat və Sənaye Nazirliyi, Rəssamlar Birliyi |
7. |
Kütləvi informasiya vasitələrində “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinə həsr olunmuş tematik verilişlərin və qəzet materiallarının hazırlanması, keçirilən tədbirlərin işıqlandırılması |
2015-ci il |
Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələri |