NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət
Musiqili Dram Teatrının 125 illik yubileyinin
Naxçıvan Muxtar Respublikasında
keçirilməsi haqqında
Azərbaycan Respublikasının Prezidentinin “Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi haqqında” 2008-ci il 31 yanvar tarixli 2640 nömrəli sərəncamının Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədi ilə q ə r a r a a l ı r a m :
1.”Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər planı” təsdiq olunsun (əlavə olunur).
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 06 fevral 2008-ci il
№ 146-03/S
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi Sədrinin 2008-ci il 06 fevral
tarixli 146-03/S nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir.
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət
Musiqili Dram Teatrının 125 illik yubileyinin
Naxçıvan Muxtar Respublikasında
keçirilməsi ilə əlaqədar
TƏDBİRLƏR PLANI
S/№ |
Tədbirin adı |
İcra müddəti |
İcraya məhsul təşkilat |
1. |
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının Gəncə şəhərinə, muxtar respublikanın şəhər və rayon mərkəzlərinə qastrol səfərlərinin təşkil edilməsi |
2008-ci il |
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi |
2. |
Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illiyi münasibəti ilə elmi konfransın keçirilməsi |
2008-ci il |
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatı, Naxçıvan Muxtar Respublikası Yazıçılar və Rəssamlar birlikləri, Azərbaycan Teatr Xadimləri İttifaqının Naxçıvan Təşkilatı |
3. |
“Naxçıvan teatr səlnaməsi” kitabının hazırlanması |
2008-ci il |
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi |
4. |
“Naxçıvan teatrı-125” mövzusunda sənədli filmin çəkilməsi |
2008-ci il |
Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verlişləri Komitəsi, Teatr Xadimləri İttifaqı |
5. |
“Naxçıvan” ictimai-siyasi, ədəbi-bədii, elmi-publisitik jurnalın bir nömrəsinin yubileyə həsr olunması |
2008-ci il |
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi |
6. |
Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi münasibəti ilə poçt markası, açıqca və müxtəlif suvenirlərin hazırlanması |
2008-ci il |
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi |
7. |
Naxçıvan Dövlət Musiqili Dram Teatrının binasıda yenidənqurma işlərinin aparılması |
2008-2009-cu illər |
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti |
8. |
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubiley zirvə tədbirinin keçirilməsi |
2008-ci il |
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi |
9. |
Muxtar respumlikanın kütləvi informasiya vasitələrində Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi münasibəti ilə tematik materialların verilməsi, keçirilən tədbirlərin işıqlandırılması |
2008-ci il |
Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verlişləri Komitəsi, “Kanal-35” televiziyası “Şərq qapısı” qəzeti, şəhər və rayon qəzetləri |