NAXÇIVAN MUXTAR RESPUBLİKASININ
Q A N U N U
“Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında”
Naxçıvan Muxtar Respublikası Qanununda
dəyişiklik edilməsi barədə
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
“Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 3-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1-ci maddədə “236 310 000,0” rəqəmləri “235 510 000,0” rəqəmləri ilə əvəz edilsin;
2. 3.1.1-ci maddədə “230 010 000,0” rəqəmləri “229 210 000,0” rəqəmləri ilə əvəz edilsin;
3. 3.3-cü maddədə “5 800 000,0” rəqəmləri “6 600 000,0” rəqəmləri ilə əvəz edilsin.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisi sədrinin birinci müavini AZƏR ZEYNALOV
Naxçıvan şəhəri, 01 avqust 2023-cü il
№ 24-VI QN