“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ

Q A N U N U

“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)

haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə


Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 24-cü maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:

“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilsin:

1. 9.2-ci maddədə “göstərilmədikdə” sözü “və imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadıqda” sözləri ilə əvəz edilsin.

2. 9.3-cü maddədə “edilə bilər” sözləri “edilir” sözü ilə əvəz edilsin.

3. 10.1-ci maddənin birinci abzasında “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin.

4. 10.2-ci maddədə, 12.1-ci maddənin ikinci cümləsində, 12.2.2-ci, 13.1-ci maddələrdə, 13.2.1-ci və 13-1.5-ci maddələrin birinci cümlələrində “gün” sözü “iş günü” sözləri ilə əvəz edilsin.

5. 12.4-cü maddədə “apara bilər” sözləri “aparır” sözü ilə əvəz edilsin.

6. 12.6-cı maddənin ikinci cümləsində “gün də uzadıla bilər” sözləri “günədək uzadılır” sözləri ilə əvəz edilsin və üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin:

“Şikayətçinin yazılı müraciəti ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda şikayətə baxılma müddəti 30 günədək uzadılır.”.

7. 13.2-ci maddənin birinci abzasında “keçirə bilər” sözləri “keçirir” sözü ilə əvəz edilsin.

8. 13.2.1-ci maddənin ikinci cümləsində “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin.


Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                             VASİF TALIBOV


Naxçıvan şəhəri, 23 may 2020-ci il