Naxçıvan Muxtar Respublikasında Yeni il şənlikləri keçirilir

 

 

 

 

 

 

 

 

 

 

 

 

Ulu öndər Heydər Əliyev siyasi xəttinə sədaqət muxtar respublika sakinlərinin birlik və həmrəyliyini möhkəmləndirir, 2020-ci ilin ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında növbəti inkişaf mərhələsi kimi tarixə yazılacağına əminlik yaradır.

Yanvarın 1-də Naxçıvan şəhərində yeni ilin gəlişi münasibətilə bayram şənliyi ­keçirilmişdir.

Naxçıvan şəhərinin Heydər Əliyev prospektində təşkil olunan bayram şənliyində şən mahnılar səsləndirilmiş, muxtar respublikada fəaliyyət göstərən 26 istehsal və xidmət müəssisəsi, eləcə də ailə təsərrüfat­ları tərəfindən əhaliyə ictimai-iaşə xidməti göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bayram şənliyində iştirak edərək ictimai-iaşə xidmətinin təşkili ilə maraqlanmış, sakinlərin bayramını təbrik etmiş, uşaqlara hədiyyələr vermişdir.

Uşaqlardan Məhərrəm Əliyev və Afaq Məmmədli ulu öndərimizə, Naxçıvana həsr olunmuş şeirlər söyləmişlər.

Şəhər sakini Sabirə Həsənəliyeva Ali Məclis Sədrinin bayramını təbrik etmişdir.

Həmin gün muxtar respublikanın rayon mərkəzlərində də yeni il şənlikləri keçirilmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti