Naxçıvan Muxtar Respublikasının fəxri adlarının verilməsi haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

S Ə R Ə N C A M I

Naxçıvan Muxtar Respublikasının fəxri adlarının verilməsi haqqında

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə:

Allahyarova Güllü Şuğeyib qızına

Əliyeva Nurlana Sabir qızına

Seyidova Aybəniz Novruz qızına − “Əməkdar müəllim” fəxri adı;

Əhmədova Sahilə Əziz qızına – “Əməkdar dövlət qulluqçusu” fəxri adı;

Əliyev Hikmət Hüseyn oğluna – “Əməkdar hüquqşünas” fəxri adı;

Əliyeva Kəmalə Nəriman qızına – “Əməkdar jurnalist” fəxri adı;

Hüseynov Nadir Məmməd oğluna – “Əməkdar mədəniyyət işçisi” fəxri adı;

Hüseynova Bahar Qurban qızına – “Əməkdar tibb işçisi” fəxri adı;

Xudiyeva Turac Qulam qızına – “Əməkdar həkim” fəxri adı;

İsmayılov Ədalət Qadir oğluna – “Əməkdar rəssam” fəxri adı;

Qurbanov Qəzənfər Novruz oğluna – “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı;

Mirzəyev Aydın Ayrım oğluna – “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                    VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 08 fevral 2019-cu il