“Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin yaradılması haqqında

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN

F Ə R M A N I

“Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu”

publik hüquqi şəxsin yaradılması haqqında

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II his­səsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılsın.

2. “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilsin.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri                                                   VASİF TALIBOV

 

Naxçıvan şəhəri, 27 mart 2018-ci il