NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirmi beşinci ildönümü ilə bağlı Naxçıvan Muxtar Respublikasında
həyata keçiriləcək Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
“Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 oktyabr tarixli 2378 nömrəli Sərəncamının Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə bağlı Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 13 oktyabr 2016-cı il
№ 80-05/S
Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin 2016-cı il 13 oktyabr
tarixli 80-05/S nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının
iyirmi beşinci ildönümü ilə bağlı Naxçıvan Muxtar
Respublikasında həyata keçiriləcək
T Ə D B İ R L Ə R P L A N I
№ |
Tədbirin adı |
Məsul təşkilatlar |
İcra müddəti |
1. |
Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarının bayramsayağı bəzədilməsi |
Şəhər və rayon icra hakimiyyətləri |
17-30 oktyabr 2016-cı il |
2. |
Muxtar respublikada şəhidlər xiyabanlarının, Ümummilli lider Heydər Əliyevin şəhər və rayonlardakı heykəl və büstlərinin ziyarət olunması |
Şəhər və rayon icra hakimiyyətləri |
18 oktyabr 2016-cı il |
3. |
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü ilə əlaqədar Naxçıvan şəhərindəki Bayraq Meydanı və Muzeyində tədbirin keçirilməsi |
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi |
18 oktyabr 2016-cı il |
4. |
Heydər Əliyev lektoriyalarında “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda məşğələlərin keçirilməsi |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı |
14-29 oktyabr 2016-cı il
|
5. |
Naxçıvan Muxtar Respublikasının Ali Məclisində dövlət təltiflərinin təqdimatı |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı |
14 oktyabr 2016-cı il |
6. |
Naxçıvan Televiziyasının internet üzərindən yayıma başlaması münasibətilə tədbirin keçirilməsi
|
Rabitə və Yeni Texnologiyalar Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Komitəsi |
17 oktyabr 2016-cı il |
7. |
4-cü nəsil Naxtel mobil rabitə şəbəkəsinin istifadəyə verilməsi ilə bağlı tədbirin keçirilməsi |
Rabitə və Yeni Texnologiyalar Nazirliyi |
25 oktyabr 2016-cı il |
8. |
Muxtar respublikanın təhsil və mədəniyyət müəssisələrində Azərbaycanın dövlətçiliyinə və müstəqilliyinə həsr olunmuş kitab və jurnallardan ibarət sərgilərin təşkil olunması |
Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi |
17-30 oktyabr 2016-cı il |
9. |
“Müstəqillik dövrü fakt və rəqəmlərdə” mövzusunda elmi-praktik konfransın keçirilməsi |
AMEA Naxçıvan Bölməsi, Dövlət Statistika Komitəsi |
20 oktyabr 2016-cı il |
10. |
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü münasibətilə müxtəlif dəyirmi masa, mədəniyyət və idman tədbirlərinin keçirilməsi |
Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu |
oktyabr-noyabr 2016-cı il |
11. |
Müstəqil Azərbaycan və ona bağlı Naxçıvan Muxtar Respublikasının son iyirmi beş ildə əldə etdiyi nailiyyətlərlə bağlı tematik materialların hazırlanması, keçirilən tədbirlərin işıqlandırılması |
Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələri |
Mütəmadi |