NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
“Azərbaycan milli mətbuatının 140 illik yubileyinin
Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə
əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” 2015-ci il 2 iyun tarixli 1251 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:
“Azərbaycan milli mətbuatının 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 10 iyun 2015-ci il
№ 296-04/S
Naxçıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin 2015-ci il 10 iyun
tarixli 296-04/S nömrəli Sərəncamı ilə
təsdiq edilmişdir
Azərbaycan milli mətbuatının 140 illik yubileyinin
Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar
T Ə D B İ R L Ə R P L A N I
№ |
Tədbirin adı |
İcra müddəti |
İcraya məsul təşkilat |
1. |
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yeni mətbəə avadanlığının quraşdırılması |
İyul, 2015-ci il |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı |
2. |
“Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda mətbuatın inkişafı” mövzusunda elmi konfransın keçirilməsi |
14 iyul 2015-ci il |
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Mətbuat Şurası |
3. |
“Mətbuat: tarix və müasirlik” mövzusunda dəyirmi masa müzakirələrinin təşkil olunması |
İyul, 2015-ci il |
Naxçıvan Mətbuat Şurası, “Şərq qapısı” qəzeti, şəhər və rayon qəzetləri |
4. |
Naxçıvan şəhərində milli mətbuatın 140 illiyi münasibətilə tədbirin keçirilməsi |
22 iyul 2015-ci il |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Aparatı, Naxçıvan Mətbuat Şurası, “Şərq qapısı” qəzeti, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi |
5. |
Şəhər və rayon icra hakimiyyətlərində Milli Mətbuat Günü ilə əlaqədar tədbirlərin keçirilməsi |
22 iyul 2015-ci il |
Şəhər və rayon icra hakimiyyətləri |
6. |
Muxtar respublika mətbuatının qocaman jurnalistləri ilə görüşlərin keçirilməsi |
İyun- iyul 2015-ci il |
Naxçıvan Mətbuat Şurası, “Şərq qapısı” qəzeti, şəhər və rayon qəzetləri |
7. |
Azərbaycan milli mətbuatının 140 illik yubileyi münasibətilə qəzet materiallarının və teleradio verilişlərinin hazırlanıb verilməsi, sənədli filmlərin nümayiş etdirilməsi, keçirilən tədbirlərin işıqlandırılması |
İl ərzində |
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi, “Şərq qapısı”, şəhər və rayon qəzetləri, “Kanal-35” televiziyası və “Naxçıvanın səsi” radiosu |