NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Naxçıvan Muxtar Respublikasındakı muzeylərin
fəaliyyətinin tənzimlənməsi haqqında
Naxçıvan Muxtar Respublikasında muzeylərin fəaliyyətinin stimullaşdırılması və muzey işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə qərara alıram:
1. Statusu, işin həcmi və göstəriciləri nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikasındakı muzeylər üçün kateqoriyalar müəyyən edilsin və muzey işçilərinin aylıq vəzifə maaşlarına orta hesabla 30-50 manat əlavələr müəyyən edilsin:
-muxtar respublika əhəmiyyətli muzeylər;
-tarix-diyarşünaslıq muzeyləri;
-ev muzeyləri.
2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
2.1. Naxçıvan Muxtar Respublikasındakı muzeylərin kateqoriyalar üzrə siyahısını və bütün kateqoriyadan olan muzeylər üçün yeni ştat cədvəllərini təsdiq etsin;
2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Bu Sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 04 fevral 2015-ci il
№ 275-04/S