NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
F Ə R M A N I
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il
11 oktyabr tarixli 128-İV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş
"Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri
haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 oktyabr tarixli 128- İV FR nömrəli Fərmanı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının yerli icra hakimiyyətləri haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 3.9.6-1-ci yarımbənd əlavə edilsin:
"3.9.6-1. yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin qanunvericiliyə uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət edir"
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri 25 dekabr 2014-cü il
№ 138-İVFR